|

Lənkəranda geri çəkilən Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb – FOTO

29 Yanvar 2026
img

Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, çay daşlarından istifadə olunaraq qurulan bu tikililərin bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir. 2000-ci illərə kimi dəniz suyunun artması nəticəsində beton divarlar suyun altında qalıb.

Qeyd edək ki, son illərdə Xəzər dənizinin geri çəkilməsindən sonra sahilboyu ərazilərdə, tikililər, bünövrələr, eləcə də irigövdəli ağacların köklərinin yenidən görünməsinə səbəb olub.