• 8 °C
|

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8% artıb

2 Fevral 2026
img

2025-ci ilAzərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9milyard 483milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 699milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard473 minmanatı elektron ticarət, 2milyard 176milyon manatı POS-terminallar, 1 milyard 473milyon manatı bankomatlar, 358milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2026-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 77min təşkil edib.