• 12 °C
|

Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb

4 Fevral 2026
img

Qazaxıstan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

APA “Kazinform”a istinadən xəbər verir ki, sənədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Pakistan Baş naziri Şahbaz Şərif imzalayıb.

Qeyd edək ki, Kasım-Jomart Tokayev Pakistanda səfərdədir.