10 Fev 2026

Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda atom elektrik stansiyasının tikintisi layihəsinin icrasına qısa müddətdə başlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
“Rosatom" layihənin icrasına ən qısa müddətdə başlamağa hazırdır, təbii ki, erməni tərəfdaşların istəkləri nəzərə alınmaqla”, – deyə Qaluzin bildirib.