15 Fev 2026

Rusiyada kişi kilsədə bıçaqla iki qadına xəsarət yetirib.
APA “meduza.io”-ya istinadən xəbər verir ki, hadisə Çelyabinsk şəhərində “Tanrı Anası” kilsəsində ibadət zamanı baş verib.
Məbəddə ziyarətçilər arasında münaqişə yaranıb, 2001-ci il təvəllüdlü kişinin bıçaqlı hücumu nəticəsində iki qadın xəsarət alıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şübhəli şəxsin saxlanıldığını bildirib. Qeyd edilib ki, saxlanılan şəxs ixtisaslaşmış tibb müəssisəsində qeydiyyatdadır.