• 6 °C
|

Azərbaycan Hakimlərinin II Forumu keçirilib

20 Fevral 2026
img

Bu gün Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilib.

APA xəbər verir ki, Gülüstan Sarayında keçirilən forumun açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra ötən il görülən işlərlə bağlı videoçarx nümayiş olunub.

Təbirdə açılış nitqi ilə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edib. O, hakimlərin cəmiyyətin ədalətə inanmasındakı əsas rolundan danışıb.

Daha sonra Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək hakimlərin sayının artmasının iş yükünün optimallaşdırılmasındakı və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasındakı rolundan bəhs edib.

Konstitusiyası Məhkəməsinin sədri Fərhad bildirib ki, konstitusional şərh hüquqi müəyyənliyi və qanunun aliliyini təmin etməkdə töhvə verir.

Tədbirin davamında birinci instansiya məhkəmələrindən mülki işlər üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Camal Quliyev, cinayət işləri üzrə Bakı Şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov, inzibati işlər üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, kommersiya işləri üzrə Gəncə Kommersiya Məhkəməsi Gülnaz Quliyeva, Apellyasiya instansiya məhkəmələrindən isə mülki işlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova cinayət işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədov, inzibati işlər üzrə Sumqayıt Apellyasiya Məhkəməsini hakimi Toğrul Axundov, kommersiya işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva fəxri fərmanla təltif edilib.

Ali Məhkəmənin cinayət kollegiyasının hakimi Şahin Yusifov isə ilin hakimiseçilib.

Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov ötən il məhkəmə hakimləri ilə bağlı tədbirlərə ayrılan vəsaiti açıqlayıb.

Tədbirin üç hissəli panel sessiyası ilə davamedib.

Qeyd edək ki, Azərbaycan Hakimlərin ilk Forumu ötən ilin fevralın 28-də keçirilib.