• 7 °C
|

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar Bakıdan yola salınıb – FOTO

9 Mart 2026
img

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

APA xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.