• 7 °C
|

Livitt: Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayırıq

11 Mart 2026
img

ABŞ prezidenti Donald Trampın göstərişi ilə ABŞ ordusu Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayır.

APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

Hörmüz boğazının gəmi trafikinə açıq qalmasının vacibliyindən xəbərdar olduqlarını vurğulayan Levittin sözlərinə görə ABŞ Hərbi Dəniz Qüvvələri hələlik boğazda heç bir tanker və ya gəmini müşayiət etməyib, lakin bu, bir seçimdir. Prezident zəruri hallarda bu seçimdən mütləq istifadə edəcəyini bildirib.

"Prezident və enerji komandası bazarları yaxından izləyir və ABŞ ordusu, Prezidentin göstərişi ilə, Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayır", – Livitt əlavə edib.

ABŞ-ın İrana hücumlarının nə vaxt bitəcəyi ilə bağlı sualları cavablandıran Livitt bildirib ki, onlar İranın ABŞ üçün heç bir təhlükə yaratmadığından əmin olmaq istəyirlər.

"Əməliyyatlar, prezident hərbi məqsədlərə tam nail olunduğunu və İranın qeyd-şərtsiz təslim olmaq nöqtəsinə çatdığını müəyyən etdikdə, bunu desələr də, deməsələr də, başa çatacaq", – Livitt deyib.