• 9 °C
|

Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb

12 Mart 2026
img

Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Rusiya Xarici İşlər Nazirliyi zərurət olmadığı təqdirdə, rusiyalıları “Berlinin ayrı-seçkilik hərəkətlərinə görə” Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb.