
Azərbaycan və Çin arasındakı münasibətlər strateji əməkdaşlıq çərçivəsində inkişaf edir.
APA xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsində deyib.
“Bizim ümumi siyasətimiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasında birlik yaratmaqdır. Burada söhbət təkcə tranzitdən getmir. Biz müvafiq vasitələrdən istifadə edərək regionlar arasında iqtisadi inteqrasiyanı artırmalıyıq. Beynəlxalq münasibətlər transformativ mərhələdədir və buna görə də, bizim bu məqsədimiz xüsusi əhəmiyyət daşıyır”,- Mikayıl Cabbarov qeyd edib.