
Konqo Respublikasında 15 mart bazar günü prezident seçkiləri keçiriləcək.
APA xəbər verir ki, prezidentlik uğrunda hazırkı prezident, 82 yaşlı Denis Sassu Nguesso da daxil olmaqla, yeddi namizəd yarışır.
Seçici siyahılarında 2,64 milyon nəfər var. Hərbçilər, polis və təhlükəsizlik işçiləri seçki günü asayişin qorunmasına tam nəzarət üçün 12 martda səs veriblər. Onların ümumi sayı 60 minə çatır.
“Africa News” xəbər portalının məlumatına görə, Sassu Nguesso seçkilərdə ən güclü namizəd hesab olunur. Onun ən böyük rəqibləri beşinci dəfə prezidentliyə namizəd olan 73 yaşlı “La Cha ne” (Zəncir) partiyasının lideri və parlamentin üzvü Cozef Kiqnumbi Kia Mbunqu və gənclərin və dəyişiklik axtaran insanların maraqlarını təmsil etdiyini iddia edən müstəqil namizəd 44 yaşlı Ufrem Deyv Mafuladır.