• 8 °C
|

BƏƏ yenidən hava məkanını bağlayıb

17 Mart 2026
img

İranın ABŞ və İsrailə qarşı cavab hücumlarında hədəfə aldığı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) raket və dron hücumlarının qarşısını almaq üçün hava məkanını müvəqqəti və qismən bağladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi açıqlama verib.

Müdafiə Nazirliyinin verdiyi açıqlamada ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və dron hücumlarına qarşı mübarizə apardığı qeyd edilib.