
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 291 ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32,5% və ya 35.4 milyon dollar, həcmi isə 4.9% və ya 4,9 min ton artıb.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan 108 milyon 999 min ABŞ dolları dəyərində 100.4 min ton meyvə-tərəvəz ixrac edib. Dövr ərzində ölkəyə 74 658.57 dollar dəyərində 83,8 min ton meyvə-tərəvəz idxal olunub.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 57,7 milyon dollar dəyərində meşə fındığı (4.5 min ton), 30.9 milyon dollar dəyərində xurma (38.6 min ton), 26.5 milyon dollar dəyərində pomidor (22.3 min ton), 17.6 milyon dollar dəyərində alma (22.6 min ton ), 2.7 milyon dollar dəyərində nar (3.1 min ton), 189.7 min dollar dəyərində kartof (189.4 ton) olub.
Ötən iki ayda meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.94%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 29.86%-ə bərabər olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 901 milyon 500 min ABŞ dolları dəyərində 845.9 min ton meyvə-tərəvəz ixrac edilib.