• 10 °C
|

Azərbaycanda kənd təsərrüfatı istehsalı 1%-dən çox artıb

18 Mart 2026
img

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 140,6 milyon manat təşkil edib.

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 1 milyard 77,9 milyon manatı heyvandarlıq, 62,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

    2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 5,3 faiz artıb.