
İsrail Ordusu bu gün İranın Natanz nüvə obyektinə zərbə endirilməsi prosesində iştirak etmədiyi bəyan edib.
APA xəbər verir ki, İsrail Ordusunun bəyanatında qeyd edilib ki, müharibə zamanı ABŞ-ın hərəkətləri ilə bağlı hər hansı şərh verə bilməzlər.
***
saat 16.23
Bu gün səhər ABŞ Natanz nüvə obyektinə bunker əleyhinə bomba ilə zərbə endirib.
Bu barədə “Kan” mənbələrinə istinadən məlumat yayıb.
İsrail Hərbi Havva Qüvvələrinin bu hücumda iştirak etmədiyi qeyd olunub.
Xatırladaq ki, 2025-ci ilin iyununda İsrail və İran arasında 12 günlük müharibə zamanı ABŞ Natanz nüvə obyektinə bunker əleyhinə bombalarla zərbə endirib.