• 12 °C
|

Belqorod vilayətində zərbə nəticəsində ölənlərin sayı 4-ə çatıb – FOTO – YENİLƏNİB

21 Mart 2026
img

Belqorod vilayətində sosial obyektə endirilən zərbə nəticəsində ölənlərin sayı 4-ə çatıb.

"RİA Novosti"nin məlumatına görə, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

“Düşmən zərbəsi nəticəsində daha iki mülki şəxs həlak olub. İki qadının meyiti dağıntılar altından çıxarılıb”, – deyə o qeyd edib.

Məlumata görə, sosial obyekt tamamilə dağılıb, yaxınlıqdakı ticarət obyekti isə yanaraq məhv olub.

Dağıntılar altında insanların qala biləcəyi istisna edilmir.

***
18:28

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə zərbə endirib.

TASS xəbər verir ki, sosial obyektə və ticarət mərkəzinə endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir.