• 8 °C
|

Rusiyada meymunçiçəyi virusuna yeni yoluxma qeydə alınıb

24 Mart 2026
img

Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yeni yoluxma qeydə alınıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, xəstənin S.P.Botkin Xəstəxanasında müalicə olunduğu bildirilib.

Qeyd edək ki, meymunçiçəyi virusuna yoluxma bundan əvvəldə Sankt-Peterburqda və Moskva vilayətində aşkar edilib. Ötən il qeyd edilən regionlarda üç nəfərə meymunçiçəyi diaqnozu qoyulub.