|

PUA hücumu Küveytdə hava limanında yanğına səbəb olub

25 Mart 2026
img

Bir neçə PUA-nın Küveyt Beynəlxalq Hava Limanına hücum etməsi nəticəsində yanacaq çəni alovlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat verib.

"Dronlar Küveyt Beynəlxalq Hava Limanında yanacaq çəninə hücum edərək obyektdə yanğına səbəb olub", – məlumatda deyilir.

İlkin məlumatlara görə, maddi ziyan dəyib, amma insan tələfatı olmayıb.