• 13 °C
|

KİV: SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tangsiri İsrailin hava hücumu zamanı öldürülüb

26 Mart 2026
img

İsrail rəsmisi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tangsirinin Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində öldürüldüyünü iddia edib.

APA xəbər verir ki, rəsminin sözlərinə görə, Tangsiri Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.

Məlumata görə, hadisə ilə bağlı İran tərəfi və İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.