• 12 °C
|

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1116-ya çatıb

27 Mart 2026
img

İsrail tərəfindən hərbi əməliyyatların başladığı 2 mart tarixindən bəri Livanda ölənlərin sayı 1116 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə hökumətin fövqəladə hallarla bağlı qurduğu qərargahı məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində İsrailin Livanın cənub və şərqinə endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər həlak olub, daha 110 nəfər isə yaralanıb.

Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1116-ya, yaralılar isə 3229-a çatıb.

İsrailin hücumlarının qurbanları arasında 120 uşaq və 81 qadın var.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1049328 nəfər müharibə zonasından Beyruta və ölkənin şimalına qaçıb.