
Bu gün dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçirilib.
Türkiyə millisi Rumıniya ilə qarşılaşıb. Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Ferdi Kadıoğlunun vurduğu qolla "ay-ulduzlular" rəqibini minimal hesabla məğlub etməyi bacarıb – 1:0.
Yarımfinal
A yolu
23:45. İtaliya – Şimali İrlandiya 2:0
23.45. Uels – Bosniya və Herseqovina 1:1(Pen. 2:4)
B yolu
23:45. Ukrayna – İsveç 1:3
24:45. Polşa – Albaniya 2:1
C yolu
21:00. Türkiyə – Rumıniya 1:0
23:45. Slovakiya – Kosovo 3:4
D yolu
23:45. Danimarka – Şimali Makedoniya 4:0
23:45. Çexiya – İrlandiya 2:2 (Pen. 4:3)