• 11 °C
|

SEPAH regionda sənaye obyektlərinə zərbələr endirəcəyinə dair xəbərdarlıq edib

27 Mart 2026
img

SEPAH Yaxın Şərqdə ABŞ və İsrailə bağlı sənaye müəssisələrinə zərbələr hazırladığını bəyan edib.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım İranın sənaye obyektlərinə endirilən hücumlara cavab olaraq planlaşdırılır.

“ABŞ və İsrail bu gün İranın sənaye mərkəzlərinə bir neçə zərbə endirib. Buna cavab olaraq regiondakı ABŞ-la əlaqəli və ya İsrailə bağlı sənaye müəssisələri hədəfə alınacaq”, – deyə açıqlamada bildirilib.

SEPAH sənaye obyektlərində çalışan şəxslərə müraciət edərək təhlükəsizlik məqsədilə iş yerlərini tərk etməyə çağırıb.