• 11 °C
|

İran Hörmüz boğazını tam bağlamaqla hədələyir

28 Mart 2026
img

İran Hörmüz boğazında hərbi əməliyyatların başlanacağı təqdirdə onun tam bağlana biləcəyini bəyan edib.

Bu barədə Tasnim agentliyi yüksək rütbəli təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

“Hörmüz boğazında hər hansı hərbi əməliyyat onun tam bloklanmasına gətirib çıxaracaq”, – deyə mənbə bildirib.

Qeyd olunur ki, ABŞ-ın İrana qarşı quru əməliyyatına başlaması halında Tehran buna “tam simmetrik cavab” vermək hüququnu özündə saxlayır.