• 12 °C
|

İraq və ABŞ hücumların qarşısını almaq üçün birgə komitə yaradıb

28 Mart 2026
img

İraq və ABŞ arasında terror hücumlarının qarşısının alınması məqsədilə yüksək səviyyəli birgə koordinasiya komitəsi yaradılıb.

İraq Xəbər Agentliyini xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində keçirilən ilk iclas zamanı tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Məlumata əsasən komitənin əsas məqsədi terror hücumlarının qarşısını almaq, həmçinin İraq ərazisinin ölkəyə, onun təhlükəsizlik qüvvələrinə və strateji obyektlərinə qarşı hər hansı hücum üçün istifadə olunmasına imkan verməməkdir. Bununla yanaşı, ABŞ və beynəlxalq koalisiya qüvvələrinə, eləcə də diplomatik missiyalara qarşı təhdidlərin qarşısının alınması da prioritetlər sırasındadır.

Bəyanatda qeyd olunub ki, hər iki tərəf İŞİD terror qruplaşmasına qarşı mübarizədə əldə olunan uğurları davam etdirmək niyyətindədir.