• 12 °C
|

İran Əbu-Dabidə alüminium zavoduna zərbələr endirib, yaralananlar var

28 Mart 2026
img

İran "Emirates Global Aluminium" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib.

APAxəbər verir ki, bu barədə “Emirates Global Aluminium”şirkəti məlumat yayıb.

Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib.

Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb.

Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.