• 12 °C
|

Suriyada hərbi baza İraqdan gələn dronların hücumuna məruz qalıb

29 Mart 2026
img

Suriyanın şimal-şərqindəki Haseke vilayətində yerləşən Kasrak hərbi bazası İraqdan atılan dronların hədəfi olub.

APA xəbər verir ki, bu barədə Suriya ordusunun mətbuat xidməti məlumat yayıb.

"Kasrak bazası dörd dronun hücumuna məruz qalıb", – məlumatda deyilir.

Hücum nəticəsində bazaya dəyən ziyan və ya insan tələfatı barədə hazırda heç bir məlumat yoxdur.