29 Mar 2026

Martın 29-u gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçan aparatları ilə həftə ərzində ikinci dəfə Rusiyanın Baltik dənizində “Ust-Luq” limanındakı neft terminalına zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində “Ust-Luq” limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.
Qeyd olunur ki, bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.