• 15 °C
|

“Air China” Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib

30 Mart 2026
img

Çinin milli aviadaşıyıcısı Air China Pekindən Pxenyana müntəzəm uçuşları yenidən başlayıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, martın 30-da Pekinin Şoudou beynəlxalq hava limanından Pxenyana ilk sərnişin reysi həyata keçirilib.

Qeyd olunur ki, bu istiqamət üzrə uçuşlar 2020-ci ildə pandemiya səbəbindən tam dayandırılmışdı və son altı il ərzində həyata keçirilmirdi.