
Beynəlxalq Atom Enerjisi Agentliyinin və baş direktoru Qrossinin laqeydliyi təəssüf doğurur.
APA-nın Tehrandakı əməkdaşının xəbərinə əsasən, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında deyib.
Bəqayi Qrossini hücumları qınamaq əvəzinə, problemləri daha da mürəkkəbləşdirən ifadələr işlətməkdə günahlandırıb.
İran XİN sözçüsü Buşehr Atom Elektrik Stansiyasına edilən hücumlara da toxunub.
“Buşehr AES-i fəaliyyətdədir. Onun ətrafında təhlükəli hücumlar baş verdi və bu ABŞ və İsrailin heç bir qayda-qanuna tabe olmadığını göstərir”,-Bəqayi bildirib.