• 13 °C
|

İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib

30 Mart 2026
img

İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizi yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bildirib ki, İran üzərində hava üstünlüyünü genişləndirmək məqsədilə həyata keçirilən əməliyyatlar çərçivəsində dünən ölkənin şimalında, Xəzər dənizi yaxınlığında yerləşən hava müdafiə sistemlərinə zərbə endirilib.