• 10 °C
|

İran ABŞ-a aid iki MQ-9 dronunu vurduğunu iddia edib

31 Mart 2026

İran son iki saat ərzində İsfahan səması üzərində ABŞ ordusuna aid iki MQ-9 dronunu vurduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son iki saat ərzində İsfahan üzərində inkişaf etmiş hava hücumundan müdafiə sistemindən istifadə edərək ikinci MQ-9 dronunu vurduğunu iddia edib", – məlumatda deyilir.