• 14 °C
|

Ərdoğan və Putin Yaxın Şərqdə dərhal atəşkəsə çağırış edib

3 Aprel 2026
img

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla telefon danışığı aparıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Ərdoğan Körfəzdə hərbi-siyasi qarşıdurmanın kəskinləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Liderlər Yaxın Şərqdəki hərbi əməliyyatların təkcə regional deyil, həm də qlobal miqyasda ciddi mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.

Rusiya və Türkiyə prezidentləri dərhal atəşkəsin və regiondakı bütün ölkələrin maraqlarını nəzərə alan kompromis razılaşmaların hazırlanmasına tərəfdar olduqlarını bildiriblər.

Putin Ərdoğana Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə təşəkkürünü bildirib.

Onlar Kiyevin Qara dənizdə qaz boru kəmərlərinə və ticarət gəmilərinə zərbə endirmək cəhdləri fonunda addımların əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.