06 Apr 2026

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanda “Hizbullah”ın komandanlıq mərkəzlərinə bir sıra zərbələr endirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı Əl-Əməna yanacaqdoldurma məntəqələri də yenidən hədəf alınıb. İsrail tərəfinin məlumatına görə, şirkət “Hizbullah” tərəfindən idarə olunur və təşkilat üçün maliyyə mənbəyi kimi xidmət edir.
Məlumata görə, “Hizbullah”a qarşı 2 martda əməliyyatların başlamasından bəri İsrail 15-dən çox Əl-Əməna yanacaqdoldurma məntəqəsinə hücum edib.