• 13 °C
|

Nigeriya ordusu terrorçular tərəfindən kilsədə girov götürülmüş 31 nəfəri azad edib

6 Aprel 2026
img

Nigeriya ordusu Kaduna ştatında Pasxa ayinləri zamanı kilsədə terrorçular tərəfindən girov götürülmüş 31 mülki şəxsi azad edib.

APA xəbər verir ki, bu barədə ordunun “X” hesabında məlumat verilib.

Həmin şəxslərin Kaçia rayonunun Ariko kəndindəki kilsədə ayin yerinə yetirərkən girov götürüldükləri bildirilir. Hücumçular tərəfindən beş nəfər öldürülüb.

Terrorçuların ələ keçirilməsi üçün əməliyyat davam edir.