• 12 °C
|

Hörmüz boğazından keçən tankerlərin sayı 90% azalıb

6 Aprel 2026
img

Fars körfəzində silahlı münaqişənin başlamasından bəri Hörmüz boğazından keçən neft tankerlərinin sayı ən azı 90% azalıb.

APA xəbər verir ki, bunu Bəhreyn xarici işlər naziri Əbdül Lətif bin Rəşid əl-Zəyani bildirib.

"Bu ilin 28 fevralından bəri Hörmüz boğazından keçən tankerlərin hərəkəti 90%-dən çox azalıb. Hörmüz boğazındakı mövcud vəziyyət beynəlxalq hüquq prinsiplərinə, qlobal sabitliyə və ərzaq təhlükəsizliyinə real təhlükə yaradır", – XİN rəhbəri bildirib.