06 Apr 2026

Rusiya Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov rüşvət ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, keçmiş qubernator həbs cəzası ilə yanaşı 400 milyon rubl cərimə də edilib.
Bundan əlavə, Smirnov Rusiya Federasiyasının Mənzil-Kommunal Xidmətlərinin Fərqlənmiş İşçisi statusundan məhrum edilib.