07 Apr 2026

İran İsrailə məxsus konteyner gəmisini vurub.
Bu barədə “Fars” agentliyi xəbər verib.
Bildirilib ki, gəmi bir neçə ballistik raketlə vurularaq “məhv edilib”.
Gəminin İsrail ordusuna hərbi avadanlıqlar çatdırmaq missiyası olduğu vurğulanıb.
Qeyd edək ki, İran dünən də İsrailə məxsus bir konteyner gəmisini hədəfə alıb.
Hücumların harada keçirilməsi və əlavə detallar açıqlanmayıb.