• 16 °C
|

‘Reuters”: Rusiya İrana kiber dəstək və zərbələrin yönləndirilməsi üçün peyk görüntüləri təqdim edir

7 Aprel 2026
img

Rusiya peykləri Yaxın Şərqdə hərbi obyektlər və kritik nöqtələrin onlarla detallı görüntüsünü çəkərək İrana ABŞ qüvvələrinə və digər hədəflərə zərbələr endirməkdə kömək edib.

Bu barədə “Reuters” Ukrayna kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.

Məlumata əsasən, 21–31 mart tarixləri arasında Rusiya peykləri Yaxın Şərqin 11 ölkəsində yerləşən 46 obyekt üzrə çəkilişlər aparıb. Hədəflər arasında ABŞ hərbi bazaları, hava limanları və neft yataqları olub. Bildirilir ki, çəkilişlərdən cəmi bir neçə gün sonra həmin obyektlər İranın ballistik raketləri və dronlarının zərbəsinə məruz qalıb.

9 çəkiliş “THAAD” radar sistemlərinin yerləşdiyi Səudiyyə Ərəbistanın ərazisi ilə bağlı olub. BƏƏ, İordaniya, Türkiyə, Küveyt, İsrail, Qətər, İraq, Bəhreyn ərazilərindəki obyektlər və "Dieqo-Qarsiya" bazası da müşahidə altına alınıb.

Bildirilir ki, Rusiya həmçinin Hörmüz boğazı üzərində aktiv peyk müşahidələrini davam etdirir.