
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan və Tramp ABŞ-la İran arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasını müzakirə ediblər.
Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edib. O, iki həftəlik atəşkəsin davamlı sülh sazişi üçün çox yaxşı dəyərləndirilməli olduğunu qeyd edib.
Türkiyə Prezidenti atəşkəs pozulmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyənin Pakistan başda olmaqla dost və qardaş ölkələrin birgə səylərinə dəstəyi davam edəcək.