• 14 °C
|

Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb

9 Aprel 2026
img

Azərbaycan dövlətinin İrana humanitar yardımlarına görə təşəkkür edirik.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Külivənd BMT Baş katibinin Yaxın Şərq üzrə şəxsi nümayəndəsi Jan Arnonun İrana səfəri zamanı bildirib.

Külivənd eyni zamanda, Azərbaycanın həm də digər ölkələrin humanitar yardımlarının İrana çatdırılmasını asanlaşdırdığını diqqətə çatdırıb, buna görə minnətdarlığını ifadə edib.