• 11 °C
|

Uitkoff, Kuşner və Əraqçi İslamabaddadır, ABŞ-İran danışıqları davam edə bilər

12 Aprel 2026
img

ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri ölkələrinə yollansa da, nümayəndə heyətlərinin digər üzvləri hələ də İslamabaddadır, Pakistan danışıqların davamı üçün səylərini davam etdirir.
APA-nın xəbərinə görə, ABŞ nümayəndə heyətinin rəhbəri vitse-prezidenti Ceyms Devid Vens İslamabadda 21 saat davam edən danışıqların nəticəsiz başa çatdığını, İran tərəfinə son olaraq sadə bir təklif təqdim etdiklərinibildirmişdi.
“Al Arabiya”-nın məlumatına görə, Ceyms Devid Vens artıq İslamabadı tərk etsə də, nümayəndə heyətinin digər üzvləri – ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner hələ də İslamabaddadır.
Türkiyənin NTV telekanalı isə İran nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibaf istisna ilə, İran xarici işlər naziri Abbas Əraqçi və nümayəndə heyətinin digər üzvlərinin də İslamabadda olduğu barədə xəbər yayıb.