14 Apr 2026

Niderland hökuməti Ukrayna üçün dron istehsal etmək məqsədilə 248 milyon avro ayırıb.
APA xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius öz “X” hesabında məlumat verib.
"Niderland Ukrayna üçün dronlara 248 milyon avro sərmayə qoyur. Bu dronlar hər iki ölkədə istehsal olunur", – o yazıb.