• 11 °C
|

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb – FOTO

21 Aprel 2026
img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

APA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.

Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.