26 Apr 2026

Şənbə günü axşam İsrailin bir neçə şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
APA xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Nümayişçilər İsrailin baş naziri Benyamin Netanyahunun siyasətinə etiraz ediblər.
Aksiyalarda təxminən 2 minə yaxın nümayişçinin iştirak etdiyi bildirilir.