• 13 °C
|

Ermənistanın XİN başçısı Fransaya səfər edəcək

26 Aprel 2026

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 27-28-də Fransaya səfər edəcək.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüş nəzərdə tutulub.

Parisdə Ermənistanın səfirliyinin yeni binasının rəsmi açılış mərasimi keçiriləcək. Həmçinin Ermənistanın Avropa ölkələrində akkreditə olunmuş səfirlərin iştirakı ilə müşavirə planlaşdırılıb.