
Bu ilin yanvar–mart aylarında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 81,7 milyon manat xalis mənfəət əldə edib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu il aprelin 1-i vəziyyətinə BOKT-ların aktivləri 1 milyard 471,4 milyon manat, öhdəlikləri isə 804,4 milyon manat təşkil edib.
Həmin dövrə BOKT-ların nağd vəsaitlərinin həcmi 8,4 milyon manat, kredit portfeli 1 milyard 238,3 milyon manat, investisiyalarının həcmi isə 101,4 milyon manat olub.
Onu da bildirək ki, bu ilin I rübündə BOKT-lar 175,8 milyon manat gəlir əldə edib, xərcləri isə 63,2 milyon manat təşkil edib. Bundan əlavə, hesabat dövründə bank olmayan kredit təşkilatları 5,3 milyon manat məbləğində mənfəət vergisi ödəyib.