• 13 °C
|

Canni İnfantino FİFA prezidentliyinə yenidən namizəd olacaq

1 May 2026
img

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın rəhbəri postuna növbəti seçkilərdə iştirak etmək niyyətindədir.

APA xəbər verir ki, o, bu barədə Vankuverdə keçirilən FİFA konqresində bildirib.

“FİFA prezident seçkiləri dövrü bu gündən başlayır. Bu, mənim üçün böyük şərəfdir. Eyni zamanda, məsuliyyət hiss edirəm. Sizə demək istəyirəm ki, növbəti seçkilərdə namizədlərdən biri olacağam”, – deyə İnfantino bildirib.

56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA prezidenti seçilib. O, bu vəzifədə korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli Yozef Blatteri əvəz edib. 2019 və 2023-cü illərdə isə alternativsiz şəkildə yenidən seçilib.