• 16 °C
|

Yekaterinburq yaxınlığında yol qəzasında 4 uşaq ölüb, daha üç nəfər yaralanıb

1 May 2026
img

Yekaterinburq yaxınlığında yol qəzasında 4 uşaq ölüb, daha üç nəfər yaralanıb.

Rusiya mediasının xəbərinə görə, “Renault” markalı avtomobil qarşıdan gələn “Toyota” ilə toqquşub, nəticədə avtomobil yük maşınına, daha sonra isə başqa bir avtomobilə çırpılıb və alovlanıb.

“Renault”da olan 5 nəfərdən dördü ölüb.

İlkin məlumatlara görə, ölənlər yetkinlik yaşına çatmayan şəxslərdir, polis onların şəxsiyyətini müəyyənləşdirir.

2009-cu il təvəllüdlü digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.