
Pakistan Baş naziri Şahbaz Şərif İranın müharibənin dayandırılması ilə bağlı ABŞ-ın təklifinə cavabını təqdim etdiyini təsdiqləyib.
GeoTV-nin xəbərinə görə, Şahbaz Şərif feldmarşal Asim Munirin bu barədə onu məlumatlandırdığını açıqlayıb.
“Mən detallara varmaq istəmirəm”, – deyə Pakistan Baş naziri qeyd edib.
***
saat 19.05
Pakistan ABŞ-ın münaqişənin nizamlanması ilə bağlı təklifinə İranın cavabını Vaşinqtona çatdırıb.
Bu barədə “Al Jazeera” Pakistandakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
İran mediası isə yazıb ki, Tehranın cavabında Livanda atəşkəsin təmin olunması şərti də yer alıb.
***
saat 17.54
Pakistan rəsmiləri İranın ABŞ-ın təklifinə cavabı təqdim etdiyini təsdiqləyib.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
***
saat 16.34
İran müharibənin başa çatdırılması ilə bağlı ABŞ-ın son təkliflərinə cavabı bu gün pakistanlı vasitəçiylə göndərilib.
Bu barədə İRNA məlumat yayıb.
İranın təklifə cavabının detalları açıqlanmayıb.