• 21 °C
|

Baş nazir: İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq

11 May 2026
img

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İranla bağlı mümkün razılaşma naminə Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatlar dayandırılmayacaq.

"CBS News"a müsahibəsində Netanyahu İsrailin “Hizbullah”la mübarizədən geri çəkilməyəcəyini deyib.

O əlavə edib ki, İranın zəiflədilməsi və ya ölkədə ciddi siyasi dəyişiklik baş verməsi “Hizbullah”, HAMAS və husilər üçün də ciddi zərbə olacaq.